Böyük Britaniyada hökumət koronavirusa görə tətbiq olunan sosial məsafə qaydalarında dəyişiklik edəcək.
Baş nazir Boris Conson sosial məsafəylə bağlı qaydaya yenidən baxılmasını tələb edib. Belə ki, tətbiq olunan sosial məsafənin 2 metrdən 1 metrə endirilməsi planlaşdırılır.
Mühafizəkarlar Partiyasının nümayəndələri xüsusən restoranlarda bu qaydanın iqtisadi cəhətdən təsir göstərməsi səbəbindən endirilməsini istəyiblər.
Restoranların açılması üçün son qərar iyulun 4-ə qədər veriləcək.
Hibya Xəbər Agentliyi