news-details

Microsoft korona virusu ilə bağlı xəbərdarlıq yayıb

Vaşinqton, 27 Fevral (HIBYA) - Amerkan texnologiya nəhəngi Microsoft-dan yayılmağa davam edən korona virusu epidemiyası səbəbi ilə mənfəət xəbərdarlığı açıqlanıb.

 

Cnbc-in hesabatına görə  şirkət -"Cari rübdə, korona virusu səbəbi ilə Windows məhsullarını ehtiva edən şəxsi hesablama seqmentində qoyulan proqnozlar özünü doğrultmaya bilər. Windows-a güclü tələb olmasına baxmayaraq, tədarük zənciri gözləntilərimizə uyğun olaraq son rübdə gözlədiyimizdən daha yavaş inkişaf edir" deyə açıqlama verib.

 

Microsoft-dan mənfəət xəbərdarlığından sonra şirkətin səhmləri Amerika birjalarında bir qədər ucuzlaşıb.

 

Digər tərəfdən, cümə axşamı açılışında Asiya birjalarında ticarət edilən texnologiya şirkətlərinin səhmlərində ciddi azalmalar müşahidə olunub.

Hibya Xəbər Agentliyi