news-details

Naxçıvanda bu günədək 71 nəfərdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb

Ölkəmizdə tətbiq olunan karantin rejiminə uyğun olaraq Naxçıvan Muxtar Respublikasında 1915 nəfər nəzarətdə saxlanılır. Onlardan 229-u ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir.

Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin məlumatında qeyd olunub.

Məlumatda bildirilib ki, bu günə qədər 880 şübhəli şəxsdə test yoxlamaları aparılıb. Təkrar test yoxlamalarının nəticələrinə əsasən 71 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. 1 nəfər sağalaraq evə buraxılıb, 1 nəfər isə vəfat edib.

Virus aşkarlanan digər 69 nəfərin müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur.

Hibya Xəbər Agentliyi