news-details

Gürcüstanda koronavirusa yoluxanların sayı 800 nəfərə çatır

Gürcüstanda son sutka ərzində daha 11 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi stopcov.ge saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 794-ə çatıb. Onların 624-ü müalicə olunaraq sağalıb, 12-si isə vəfat edib.

Hazırda ölkə üzrə karantində 2494, stasionar nəzarətdə isə 301 nəfər saxlanılır.

Gürcüstanda xaricdən gətirilən 3 ölkə vətəndaşı da koronavirusdan müalicə olunur.

Hibya Xəbər Agentliyi