news-details

Türkiyənin hər bölgəsində pandemiya mərkəzləri fəaliyyət göstərəcək

Türkiyənin hər bölgəsində bəzi xəstəxanalar pandemiya mərkəzi olaraq fəaliyyət göstərəcək.

Hibya xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi tərəfindən qərara qəbul olunub.

Qərarda Türkiyənin 81 şəhərində yerləşən bütün yoluxucu xəstəliklər, klinik mikrobiologiya, pulmonologiya və böyüklər üçün ən az üç reanimasiya çarpayısı olan bütün xəstəxanaların pandemiya mərkəzi olaraq qəbul ediləcəyi bildirilir. Bu xəstəxanalarda müalicə alan xəstələr isə digər tibb müəssisələrinə yerləşdirilirlər.

Artıq ölkənin bir neçə bölgəsində mərkəzlər fəaliyyətə başlayıb. Bu tibb müəssisələrinin təcili tibbi yardım bölümünə müraciət edən vətəndaşların ilkin müayinələrinin aparılması üçün xüsusi çadırlar qurulub.

Hibya Xəbər Agentliyi