news-details

Özbəkistanda COVID-19 koronavirusundan 3014 nəfər sağalıb

Bu günədək Özbəkistanda COVID-19 koronavirusundan 3014 nəfər sağalıb.

Xbr.az Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, indiyədək ölkədə bu virusa yoluxanların sayı 3874-ə çatıb, 844 xəstə müalicə edilir, 16 nəfər ölüb.

Bildirilir ki, 9 pasiyentin vəziyyəti ağır olaraq qalır.

Özbəkistan Nazirlər Kabineti nəzdindəki Operativ Qərargahın yaydığı məlumata görə ölkənin sarı və yaşıl regionlara aid olan ərazilərində iyunun 15-dən kafe, restoran, uşaq bağçaları, geyim bazarları açılacaq. Həmin gündən ölkədə şəhərlərarası avtobusların hərəkəti də bərpa olunacaq.

Xatırladırıq ki, iyunun 1-dən isə sanatoriya, idman klubları açılıb, ev şəraitində toy və digər şənliklərin keçirilməsinə icazə verilib.

Hibya Xəbər Agentliyi