news-details

ASA nümayəndəsinin münsif qismində çıxış etdiyi müsabiqə başa çatıb

Bakı 24 Aprel, 2020: İcbari Sığorta Bürosunun media nümayəndələri arasında elan etdiyi “Daşınmaz əmlakın icbari sığortası və Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası haqqında nə bilirik? Maariflənək, maarifləndirək” mövzusunda elan etdiyi müsabiqə başa çatıb.

Əhalinin daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası barədə media vasitəsilə maarifləndirilməsi məqsədi ilə elan olunan müsabiqəyə ümumilikdə 18 məqalə təqdim olunub. Paytaxt Bakı ilə yanaşı, regionalarda yerləşən mətbu orqanların da qatıldığı müsabiqədə münsiflər heyətinin tərkibi Mərkəzi Bank, İcbari Sığorta Bürosu və Azərbaycan Sığortaçılar Assosasiyasının nümayəndələrindən ibarət olub.  Münsiflər heyəti müsabiqə qaydalarında təsbit olunmuş meyarlar əsasında qiymətləndirmə apararaq qalibləri müəyyən ediblər:

  • ARB Televiziyasının redaktoru Məmməd Ağayevin – “ Daşınmaz əmlak sığortasında bilinən və bilinməyən gerçəklər”  məqaləsi birinci yerə;
  • “Report İnformasiya Agentliyinin” baş redaktorunun müavini İlahə Məmmədlinin  “Azərbaycanda daşınmaz əmlakın sığortalanması “ikinci bahar”-nı yaşayır”   məqaləsi  ikinci yerə;
  • ASAN radionun redaktoru və aparıcısı  Ruslan Zeynallının “Daşınmaz əmlakın icbari sığortası və Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası  haqqında nə bilirik? Maariflənək, maarifləndirək ” məqaləsi üçüncü yerə layiq görülüb.

Qaliblərə müsabiqə qaydalarında qeyd olunun pul mükafatları və sertifikatlar təqdim ediləcək.